Home Yeni Zelandiya Tələbə Vizası

Tələbə vizası üçün tələb olunan sənədlər

  1. Yeni Zelandiya təhsil nümayəndəliyindən qalmaq üçün dəvət.  Kurs NZQA tərıfindən təsdiqləməlidir (the New Zealand Qualifications Authority ). Dəvət Məktubunda kursun minimum vaxtı, ümumi ödəniş haqqı (əgər kurs bir ildən artıqdırsa) və ya illik ödəniş haqqı (bir ildən az olankurslar üçün), və ən əsas da götürülən kursun yerli və ya xarici səviyyədə olması mütləq qeyd olunmalıdır.Yeni Zellandiya təhsil nümayəndəliyindən qalmaq üçün dəvət.  Kurs NZQA tərıfindən təsdiqləməlidir (the New Zealand Qualifications Authority ). Dəvət Məktubunda kursun minimum vaxtı, ümumi ödəniş haqqı (əgər kurs bir ildən artıqdırsa) və ya illik ödəniş haqqı (bir ildən az olankurslar üçün), və ən əsas da götürülən kursun yerli və ya xarici səviyyədə olması mütləq qeyd olunmalıdır.
  2. Tələbələrin Yeni Zelandiyada qaldıqları müddətcə maliyyə ehtiyaclarını qarşılaya biləcəklərinin sübutu.  Buraya daxildir:
  • Tələbə və ya sponsor tərəfindən Yeni Zelandiyada maddi dəstəyin olması
  • Bütün yaşayış və məişət xərclərini qarşılayan maliyyə dəstəyi və ya yardım proqramları çərçivəsində Yeni Zelandiyanın dövlət agentliyi tərəfindən verilən təqaüd.

əgər kursun müddəti 9 aydan azdırsa, tələbə:

  • Yeni Zelandiyada qalmaq üçün hər ay 1000$, və ya
  • əgər yaşayış xərcləri əvvəlcədən ödənilibsə və ya
  • təhsil müəssisəsindən gələn təsdiq məktubunda məişət və yaşayış xərclərinin paketə daxil olduğu göstərilibsə, hər ay üçün 400$ ödəməlidir.

Əgər kursun müddəti 9 aydan çoxdursa, tələbə Yeni Zellandiyada təhsil almaq üçün hər il 10,000 $ ödəməlidir.