Home Yay Düşərgələri

 

ÖVLADINIZIN FƏRDİ İNKİŞAFI ÜÇÜN ONA MƏSULİYYƏT VERİN;  XARİCDƏ YAY DÜŞƏRGƏSİNƏ GÖNDƏRİN!

Övladınızın özünə inamlı, üfüqü açıq, xarici bir dilə hakim olması, dünyanı bir bütün olaraq görə bilən, yaşadığı kainata, ətrafına, 
ailəsinə, yoldaşlarına, başqa mədəniyyətlərə hörmət edən bir şəxs olması əhəmiyyətlidir. Bu mövzularda siz əlinizdən gələni edirsiniz, ancaq övladınızın da bu yaşlarda bir çox şeyi müstəqil etməsi lazımdır.

Bu yaş qrupunun xəyallarına yeni xəyallar, üfüqlərinə yeni üfüqlər, məlumatlarına yeni məlumatlar, yoldaşlarına yeni dostlar əlavə, çətinlikləri görəcək, öz ayaqları üstündə dayanacaq, proqram bitdikdən sonra xatirələrlə dolu bir çox təcrübənin həyatına daha mənalı istiqamət verəcəyi, XARİCDƏ YAY DÜŞƏRGƏLƏRİ proqramını diqqətlə seçin.

s780_mdelorme_MTBGPhighland_2012_8486Övladınızı ən yaxşı siz tanıyırsınız; ona ən uyğun kursu onunla birlikdə seçək. Uşağınız haqq etdiyi xaricdə yay düşərgəsi proqramını birlikdə edək.

Xaricdəki yay düşərgələrinin ən böyük üstünlüyü, məktəbin olduğu ölkədə danışılan dilə uşaqların vəgənclərin uyğunlaşmasına köməkçi olmasıdır. Övladınız getdiyi bölgənin tarixi, incəsənəti, musiqisi, təhsili, kino və bir çox idman fəaliyyətləri ilə yaxından tanış olacaq. Həftə sonlarında isə yaxın şəhərlərə, əyləncə parklarına, tarixi bölgələrə gəzintilər təşkil edilir.

Xaricdə yay düşərgələrinə gedən tələbələr səhiyyə, təhlükəsizlik və narahatlıq törədəcək bütün digər amillərdən nəzarət altında tutularlar.