Home Viza nədir?

Viza (lat. — icazə) — xarici pasportda və ya pasportu əvəz edən hər hansı digər sənəddə xüsusi icazə yazısıdır. Viza sahibinin ölkəyə girişi və orda qalması hüququnu təsdiq edir. Səlahiyyətli dövlət orqanları tərəfindən, adətən Konsulluq şöbələri, bəzi hallarda isə immiqrasiya xidmətləri tərəfindən birbaşa sərhəddə — aeroportda verilir.

Viza adətən saxtalaşdırılmadan qorunmuş yapışgan kağız formasında, bəzi hallarda isə möhür formasında olur. Vizada növbəti qeydlər olur:

  • vizanın qüvvədə olduğu müddətdə onun sahibinin qala biləcəyi ölkə və ya ölkələr;
  • girişin ilk günü və qalmanın son günü tarixi;
  • verilmə yeri və tarixi;
  • vizanın növü;

Hər bir ölkənin viza almaq və vermək üçün öz qaydaları və tələbləri var. Bir çox ölkələrdə əgər səfərin məqsədinin elan olunmuş niyyətə uyğun gəlməməsinə dair şübhə olarsa immiqrasiya nəzarəti həqiqi vizaya malik şəxsin ölkəyə girişinə icazə verməyə bilər.

Viza növləri: adi (bura tranzit vizasını da daxil etmək olar), xidməti və diplomatik. Vizalar giriş — çıxış dəfəliyinə görə də fərqlənir: birdəfəlik, ikidəfəlik, üçdəfəlik və çoxdəfəlik. Xidməti və diplomatik istisna olmaqla, viza verilməsi üçün daxili qanunla və ya beynəlxalq müqavilə ilə müəyyən edilmiş qaydada rüsum alınır.
Vizasız rejim birtərəfli qaydada, eləcə də qarşılıqlı olaraq yaradıla bilər (ikitərəfli və ya çoxtərəfli sazişə əsasən, məsələn, Şengen zonası).

Henley viza məhdudiyyətləri indeksinin 2012-ci il nəşrinə görə, Azərbaycan vətəndaşları ümumi Azərbaycan pasportu ilə sərhəd qapısında viza alaraq və ya vizasız 57 ölkəyə səyahət edə bilərlər, və bunlardan 31-inə vizasız girə bilərlər.

Azərbaycan vətəndaşlarına viza tətbiq etməyən, ya da ölkə girişində məhdud müddətlə və ya müddətsiz giriş icazəsi (viza) verən ölkələr:

Afrika

Burundi (viza girişdə verilir)
Cibuti 1 ay
Kabo-Verde (viza girişdə verilir)
Komor adaları (viza girişdə verilir)
Madaqaskar 90 gün (viza girişdə verilir)
Mavriki 60 gün (viza girişdə verilir)
Mozambik 30 gün (viza girişdə verilir)
Namibiya 3 ay
Seyşel adaları 1 ay
Tanzaniya 3 ay (viza girişdə verilir)
Toqo 7 gün (viza girişdə verilir)
Uqanda 3 ay (viza girişdə verilir)
Zambiya 3 ay (viza girişdə verilir)
Amerika
Antiqua və Barbuda 1 ay
Barbados 28 gün
Dominika 21 gün
Ekvador 90 gün
Haiti 3 ay
Kuba 60 gün
Qrenada 3 ay

Asiya
Banqladeş 90 gün (viza girişdə verilir)
İran 1 ay (viza girişdə verilir)
Kamboca 1 ay (viza girişdə verilir)
Laos 15 gün (viza girişdə verilir)
Livan 3 ay (viza girişdə verilir)
Makao 30 gün (viza girişdə verilir)
Malayziya 1 ay
Maldiv adaları 30 gün
Monqolustan 90 gün
Nepal 60 gün (viza girişdə verilir)
Qazaxıstan
Qırğızıstan
Suriya 15 gün (viza girişdə verilir)
Şərqi Timor 30 gün (viza girişdə verilir)
Şri-Lanka 30 gün (viza girişdə verilir)
Tacikistan
Özbəkistan
Avropa
Belarus
Gürcüstan
Moldova 90 gün
Rusiya 90 gün
Türkiyə 30 gün
Ukrayna
Avstraliya və Okeaniya
Kuk adaları 31 gün
Mikroneziya 30 gün
Niue 30 gün
Palau 30 gün
Samoa 60 gün