Home İngiltərədə Dil kursları

964850_564641036913958_1940063850_o

İngiltərə dil təhsili almaq üçün dünyanın başlıca ölkələrindən biridir. İngiltərə hər il müxtəlif ölkələrdən minlərlə tələbəyə ev sahibliyi edir. Və bu say hər gün sürətlə artmaqdadır. Bu tələbələrin bir çoxu İngiliscə dil biliklərini artırmaq və təcrübə qazanmaq məqsədilə İngiltərəyə gəlirlər. London, Oxford, Bournemouth, Liverpool, Manchester, Brighton kimi şəhərlərdə seçkin və keyfiyyətli dil kursları ilə yanaşı mədəniyyət və sosial yaşamı ilə tələbələrin təhsilinə dəstək olmaqdadır. Eyni zamanda düzgün və təmiz Britaniya ləhcəsini öyrənmək istəyənlərə İngiltərə tək alternativ 

visit-3

Uyğun şərtlərə sahib tələbələr 24 həftə və daha artıq davam edən proqramlara qatıldıqları zaman iş icazəsi qazanırlar. Bu haqq tələbələrə yarım ştat çalışaraq həm təcrübə qazanmaq imkanı təqdim edir, həm də cib xərclərini qazanma şansı verir. Dil məktəblərində iştirak etmək  istəyən tələbələr ən azı həftəlik 15 saatlıq proqrama qatılmalarıdırlar.sayıla bilər. İngiltərə sıx ictimai həyatı ilə tələbələrin xüsusilə təcrübə keçmələri üçün imtina edə bilməyəcəkləri bir ölkədir. İngiltərədə dil təhsili almaq istəyən tələbələr 2 həftədən başlayaraq 1 ilə qədər davam edən dil məktəblərində iştirak edə bilərlər.

İngiltərədə Dil Məktəbi:

İngiltərədə British Council tərəfindən təsdiqlənmiş təxmini olaraq 10,000 dil məktəbi vardır. Dil məktəblərin bir çoxu London,Cambridge, Oxford, Brighton və Bournemouth olmaqla İngiltərənin hər tərəfinə yayılmışdır. Tələbələrin viza ala bilmələri üçün məktəblərin British Council tərəfindən təsdiq olunması vacibdir. Bundan əlavə bu məktəblərin bir qismi English UK, Quality English, IALC, The English Network tərəfindən də akkreditə edilmişdir.

İngiltərə dünyada ən çox dil məktəbinin olduğu ölkədir. Bu səbəblə xaricdə dil təhsili düşünən tələbələr həm keyfiyyət və həm də qiymət baxımından İngiltərədə fərqli bir çox alternativ tapa bilərlər. İngiltərədəki dil məktəblərinin bir qismi şəbəkə məktəblər olub, bütün dünyada tələbələrə xidmət verməkdədirlər. Fərqli ölkələrdə fəaliyyət göstərmələri təhsil keyfiyyətlərini artırmış və daha professional rəhbərlik və təhsil anlayışına sahib olmalarına köməkçi olmuşdur. Digər dil məktəbi alternativi də butik bir quruluşa sahib olan məktəblərdir. İsti bir mühitdə təhsil almaq istəyən tələbələr bu məktəbləri seçə bilərlər. Bir başqa alternativ isə kollec və universitet daxilində fəaliyyət göstərən dil məktəbləridir. Bunlar say etibarı ilə daha az olan məktəblərdir. Düşərgə mühitində təhsil almaq istəyən tələbələr bu məktəbləri seçə bilərlər. İngiltərədəki dil məktəblərində Ümumi İngilis dili kurslarına hər həftə başlamaq mümkündür. Kollec və universitet daxilində fəaliyyət göstərən bəzi dil məktəblərində isə müəyyən başlanğıc tarixləri var və tələbələr yalnız bu dövrlər üçün müraciət  edə bilərlər.

İngiltərədə Yerləşmə:

İngiltərəyə dil təhsili almaq üçün gedən tələbələrə məskunlaşma adətən seçdikləri məktəblər tərəfindən təqdim olunur. Hər məktəbin daxilində yalnız yerləşmə ilə məşqul olan şöbələr vardır. Bu şöbələr tələbələrə fərqli alternativlər təklif edir. Hər məktəbin tərkibində də fərqli yerləşmə alternativləri vardır. Ailə yanında yerləşmə xüsusilə qısa müddətə gələn tələbələr tərəfindən daha çox seçilən yerləşmə növüdür. Ailə yanında, adətən ana dili ingiliscə olan ailələrin yanında tək və ya seçimə görə cüt nəfərlik otaqlarda yerləşmədir. Bu yerləşmə növünün bir çoxu yarım pansion, səhər yeməyi, otaq və ya yeməksiz olmaqdadır. Təcrübə qazanmaq istəyən tələbələrə xüsusilə bu yerləşmə növünü təklif edirik . Bundan əlavə bir çox tələbə yataqxanalarda məskunlaşmağı seçir. İngiltərə digər ölkələrlə müqayisədə pul vahidinin yüksək olması səbəbi ilə bahalı ölkə olmasına baxmayaraq, dil təhsili almaq istəyən bir çox tələbə tərəfindən daha çox seçilən bir ölkəyə çevrilmişdir.