Home Sertifikat Və Diplom Proqramları

Sertifikat və diplom proqramlarının məşhurluğu gün keçdikcə daha çox artır. Ölkəmizdə universitet təhsilini tamamladıqdan sonra, büdcə və zamanı olmayan  tələbələr getdikcə sertifikat və diplom proqramlarını daha çox seçirlər. Qısa müddətli və az xərcli olması, geniş proqram seçimli sertifikat və diplom proqramları universitet sonrası iş həyatına başlamazdan əvvəl alına biləcək cazibədar bir proqram ola bilər. Mövzu fərqi olmadan xaricdə qatıldığımız proqramların peşə, məlumat və təhsillə yanaşı, verdikləri  ən əhəmiyyətli töhfələrindən biri də İngilis dili səviyyəmizə etdiyi töhfədir.

Bir çox məktəb növündə “Sertifikat” termini, bakalavr səviyyəsində, müəyyən bir sahədə təhsili tamamlayan ancaq akademik dərəcə almayan tələbələrin aldıqları dərslər üçün verilən dərəcənin  adıdır. Bəzi məktəblər sertifikat terminini müəyyən bir sahənin daha spesifik bir qolunda verilən təhsil üçün istifadə edərkən, (məsələn kompüter proqramçılığı altında web proqramlaşdırma sertifikat proqramı kimi),  diplom terminini isə əlaqədar sahənin bütün mövzularına daxil olan proqramlar üçün istifadə edilir (kompüter proqramçılığı kimi).

Sertifikat və diplom sözlərini müqayisə edərkən, tərəddüd içərisində qala bilərsiniz. Bunun səbəbi bu dərəcələri verən dil məktəbləri, kollec və universitetlər tərəfindən təqdim olunan proqramların fərqli olmasından asılıdır. Həqiqətən, bəzi məktəblər məzmununa baxmadan qısa davamlı proqramlara sertifikat və ya diplom proqramı adını verirlər.

Təsvir olaraq Diplom müəyyən bir akademik proqramın/kursun bitirilməsi  zamanı alınan dərəcəyə verilən addır: Attestat, bakalavr diplomu və s kimi. Bununla yanaşı bir çox kollec və universitet, akademik dərəcə olmadan müəyyən mövzularda, müəyyən dərslərin alınmasıyla yaradılmış proqrama da diplom proqramı adını verirlər. Bu proqramları tamamlayan tələbələr də müvafiq sahədə diplom sahibi olurlar. Diplom proqramlarında alınan dərslərdən bəziləri, bakalavr  proqramlarına keçirilən dərslər səviyyəsindədir.

Diplom proqramları (graduate diplom) bakalavr dərəcəsi əldə edən tələbələr arasında getdikcə məşhurluq qazanmaqdadır. Diplom proqramlarına qatılan tələbələr hər hansı bir akademik dərəcə qayğısı çəkmədən magistr səviyyəsində dərslər ala bilirlər. Bu tip proqramlara qatılan tələbələr magistr proqramları qədər vaxt və pul xərcləmədən, müəyyən bir mövzuda ixtisaslaşmış olurlar. Bu məzmunda diplom proqramını tamamlayan tələbələr, xüsusilə eyni məktəbdə magistr dərəcəsi üçün kredit qazanmış sayılırlar.

Sertifikat və diplom proqramları arasında bu cür fərqliliklər mövcud olsa da, onları bir-birindən ayıracaq dəqiq olaraq təyin olunmuş meyarlar hər zaman tapılmaya bilər. Oxşar mövzularda proqram təqdim edən iki məktəb tapıb, proqram müddəti və məzmununun eyni olduğunu görə bilərik. Lakin bir məktəb öz proqramına sertifikat, digər məktəb isə diplom adını verə bilər.