Home Sertifikat Və Diplom Proqramları Kimlər Üçündür?

Xüsusilə Amerikan məktəblərində sertifikat və diplom proqramlarının başlanğıcda bu ölkənin öz vətəndaşları və ya universitetlərin olduqları bölgənin məhəllə sakinləri üçün yaradıldığını görürük. Bunu proqramın axşam saatlarında təqdim edilməsindən də anlamaq mümkündür. Lakin bu proqramlara zamanla xarici tələbələr də qatılmış və kurslara məhşurluq qazandırmışlar. Xarici tələbələrin sayının artası ilə yanaşı günorta təqdim edilən proqramların da seçimləri artmışdır.

Sertifikat və Diplom proqramlarında iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. Ümumiyyətlə universiteti yeni bitirmiş şəxslərin sıx qatıldıqları bu proqramlar, hazırda işi olan, lakin fərdi və peşə inkişafları üçün zamanları məhdud olan kəslərə də xitab edilir. Vaxt baxımından 1-12 ay davam edən, Kanadadan Avstraliyaya kimi bir çox ölkələrdə təqdim edilən bu proqramlara maraq günbəgün artmaqdadır.

Sertifikat və Diplom proqramlarına qatıla bilər:

  • İngilis dili səviyyəsi kafi olan məktəb məzunları;
  • Universitet tələbələri (xüsusilə yay aylarında təqdim edilən proqramlar idealdır);
  • Universiteti yeni bitirənlər;
  • Magistr tələbələri və məzunları;
  • Şirkət işçiləri və idarəçiləri;
  • Şirkət sahibləri və peşəkarlar;

Maraq sahənizə daxil olan proqrama qərar verdikdən sonra, əlavə  məlumat üçün mütəxəssislərimizdən kömək ala bilərsiniz.