Home Sertifikat Proqramlarını Seçərkən Nələrə Diqqət Etməlisiniz?

Sertifikat və  Diplom proqramlarını seçərkən diqqət ediləcək təməl xüsuslar bunlardır:

  • Proqramı təqdim edən məktəbin və proqramın adı qədər məzmunu də əhəmiyyətlidir. Kurikulumun  maraq və ehtiyaclarınızla üst-üstə düşüb düşmədiyinə diqqət edin. Proqramı təqdim edən şəxslərin infrastrukturu və staj imkanları kimi əlavə xüsusiyyətlər də əhəmiyyətlidir.
  • Proqramın saat və müddət etibarı ilə  hansı zaman ərzində təqdim edildiyini öyrənin. Yalnız neçə həftə və ya ay təqdim edilməsi ilə yanaşı, neçə saat və ya dərsdən ibarət olduğunu da mütləq öyrənin. Məsələn, cəmi 24 həftəlik bir proqramın həftədə 15 saat, cəmdə 360 dərs saatından ibarət olacağı kimi… Proqramın müddətcə uzun olması, məzmunun sıx olması daha çox şey öyrənə biləcəyiniz mənasını verməz.
  • Programları ad və məzmun baxımından olduğu qədər, qiymətə görə də müqayisə edin. Proqramlar arasında qiymət müqayisəsini yalnız müddətə baxaraq etməyin. Yuxarıda da qeyd etdiyimiz kimi qiymət müqayisəsi ümumi müddətə görə deyil, bu müddət ərzindəki ümumi dərs saatına görə edilməlidir. Üstəlik gündəlik xərcləri də unutmayın. Daha uzun proqram müddəti, daha yüksək həyat xərcləri, daha çox yaşayış, yemək-içmək və nəqliyyat xərcləri deməkdir.

Nəzərə alına biləcək digər meyarlar təhsil heyəti, məktəbin mövqeyi, əlavə xidmətlər və təbii ki daha əvvəl proqrama qatılmış tələbələrin təəsüratları ola bilər.