Home Polşaya viza

File:Herb Polski.svg

Şenqen vizasının alınması üçün zəruri olan sənədlərin siyahısı:

  • Doldurulmuş ərizə (rus, ingilis dilində);
  • Bir ədəd rəngli şəkil (3,5 x 4,5 sm, yəni biometrik);
  • Xarici pasport və xarici pasportda şəkil olan vərəqin surəti;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Səfərlə bağlı xərclərin ödənilməsinə tələb olunan maliyyə vəsaitinin mövcudluğunu təsdiq edən sənəd;
  • Tibbi sığorta (ən azı 30 000 avro dəyərində);
  • İş yerindən arayış;
  • Viza rüsumu (60 avro); 

Elm, mədəniyyət tədbirləri və yaxud universitet və digər mübadilə proqramlarında iştirak edən şəxslər üçün:

  • Tədbirləri həyata keçirən müvafiq təşkilatçılardan dəvətnamə (iştirakçıların siyahısı, proqrama aid, səfərlə bağlı xərcləri ödəyən tərəf haqqında məlumat göstərilməlidir)
  • İşəgötürən şəxsdən təsdiq və yaxud müvafiq proqramın iştirakçısı olan Azərbaycanın elm və ya mədəniyyət təşkilatına məxsus olduğunu təsdiq edən sənəd

Şagirdlər, tələbələr, diplomlu mütəxəssislər və müəllimlər üçün:

  • Sənədin əsli və yaxud universitet, kollec və ya məktəbə qəbul olunması və həmçinin kursda iştirak haqqında arayış (növ, təhsilin müddəti və xərcləri ödəyən şəxs haqqında məlumat əlavə olunmalıdır).