Home Mərakeşdə Dil Kursları

Ərəb dili söz ehtiyatının genişliyi cəhətdən dünyanın zəngin dillərindən hesab edilir. Müasir ərəb ədəbi dili iki yüz milyona çatan ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir.

Mərakeş Krallığı, ərəbcə dil kurslarına əlavə olaraq, fərqli və möhtəşəm bir təbii mənzərə, Aralıq dənizi İqlimi və bənzərsiz, ənənəvi bir miras təqdim etməkdədir. Mərakeş Afrikaya keçid qapısı olaraq Aralıq dənizi, Atlantik okeanı və sonsuz qum dənizi Saharanın mərkəzində yerləşir.

Atlas dağlarından isti çöllərə, məhsuldar torpaqlardan meşələrinə qədər möhtəşəm rənglər və mənzərələrə ev sahibliyi edən Mərakeş, eyni zamanda mistik hekayələrə də ev sahibliyi etməkdədir.

Dil məktəbimiz, ovsunlayıcı Rabat şəhərində yerləşir. Şəhər, ənənəvi keçmiş ilə müasir zaman arasında bir körpü kimidir. Yalnız mədəniyyət və günəş sevənlər deyil, sənət, əl işləri və fərqli yeməklərə maraq duyan kəslər də Rabatda xoş vaxt geçirəcəklər. Zəngin tarixi ilə bu ovsunlayıcı şəhər, teatrlar və maraqlı sənət qalereyaları ilə ərəb dili kurs dövrünüzdə əyləncəli hala çevirəcək, “Ərəb Gecələri” sizi ovsunlayacaq.