Home Litvada Təhsil

Litva -immiqrantlar üçün əlverişli şərait yaratmaqdan əlavə, rəqabət qabiliyyətli, kifayət qədər yüksək səviyyəli təhsil təklif edən inkişaf etmiş Avropa ölkələrindən biridir. Universitet və kollec olmaqla, Litvada ali təhsil müəssisələri iki növə ayrılır. Litva ali təhsil müəssisəsinə qəbul üçün attestat və ya ekvivalent sənəd olmalıdır. Magistr dərəcəsinə qəbul üçün bakalavr və ya (adətən müvafiq sahədə) digər oxşar sənəd olmalıdır. Təhsilin bütün pillələrinə qəbul Litva Respublikasının Təhsil və Elm Nazirliyi ilə razılaşdırılmış qəbul qaydalarına uyğun olaraq, adətən müsabiqə əsasında həyata keçirilir.

Litvada ingilis dilində təhsil almaq üçün, IELTS 6.0 – 6.5, TOEFL 80-100  tələb olunur. Akademik il sentyabrda başlayır və iyunun ortalarında bitir. Yaz və payız olmaqla, iki semestrə bölünür. Universitet dərəcəsi üç dövrü əhatə edir: birinci dövr Bakalavr, ikinci dövr Magistr və üçüncü dövr Aspirantura (rezidentura). Bakalavr dərəcəsi və ali təhsil universitetlərdə, ixtisas, texniki dərəcə isə kolleclərdə alına bilər (təklif olunur). Litva Ali təhsil müəssisələrində, təhsil haqqı universitetdən-universitetə və seçilmiş təhsil proqramından asılı olaraq dəyişir. Təhsil müəssisələri hər il təhsil haqlarının qiymətini elan edir. Təhsil haqqının orta qiyməti 2500-3000 evrodur.