Home Kanadada Sertifikat Kursları

Kanadada sertifikat proqramları olduqca məşhurdur. Vankuver bölgəsi xüsusilə turizm sahəsində,  Toronto bölgəsi isə IT və Menecment sahəsində təhsil verən müxtəlif sertifikat proqramları təqdim edir. Hər iki bölgədə də menecment, marketinq, ticarət sahəsində sertifikat və diplom proqramları təklif edən məktəblər mövcuddur.

Universitet məzunları təhsillərini tamamladıqdan sonra, təhsil almış olduqları sahədə Kanadada 1 il işləmək haqqına sahib ola bilərlər (OPT). Bu proqramlar sertifikat proqramı ilə magistr proqramı arasında bir təhsil sisteminə malikdir. Tələbələr 8 ay ərzində nəzəri və peşə sahəsində təhsil alırlar. “Bəzi Postgraduate Diploma” proqramları 8 aylıq təhsilə, 4 aylıq maaşlı təcrübə (co-op iş) proqramı əlavə edir. Bu növ  proqram həm nəzəri alınan təhsili təcrübə ilə gücləndirmək, həm də OPT dövründə iş sahəsi yaratmaq baxımından əhəmiyyətlidir. Kanadada təhsil alan tələbələrin məzuniyyətlərindən sonra 1-3 il iş icazələrinə sahib olmaları, müəyyən bir müddət xaricdə iş təcrübəsi əldə etmək istəyən tələbələr üçün çox böyük üstünlükdür.