Home Kanadada Dil Kursları

Kanada Şimali Amerikanın həm ingilis, həm də fransız dilli xüsusi ölkəsidir. Kanadada dil təhsilini, ölkənin təbii gözəlliklərini kəşf etmək üçün qatılacağınız gəzintilərlə birləşdirə, maraqlı Kanada mədəniyyətini, ənənə və adətlərini öyrənərək unudulmaz bir təcrübəyə çevirə bilərsiniz.

Kanada memarlığı, mədəniyyəti, təbii gözəlliyi və beynəlxalq festivalları olan bir dövlətdir.  Toronto, Vancouver, Ottowa, Victoria və Calgary ingilis dili,  Montrealda isə həm ingilis, həm də fransız dili kurslarına qatıla bilərsiniz.

Montreal – bütün dünyada qonaqları cəlb edən Kanadanın ikinci böyük şəhəridir.  Dil məktəbimiz, Montreal şəhər mərkəzinin yaxınlığında qurulmuşdur. Montreal, iki dilli bir şəhər olaraq bilinir. Bu səbəblə burada ingilis və ya fransız, ya da hər ikisini eyni anda öyrənə bilərsiniz. Şəhər mədəniyyəti, memarlıq abidələri, təbii gözəllikləri və beynəlxalq festivalları ilə məşhurdur. Tarixi binalar və müasir göydələnlər Montrealu həqiqətən unikal bir şəhərə çevirir. Bu şəhərdə siz bir çox qalereyalar və muzeylər tapa bilərsiniz. Müxtəlif dillərin və mədəniyyətlərin birləşdiyi Montreal xaricdə xarici dil öyrənmək üçün ideal yerdir.