Home Kanada Tələbə Vizası

 

 

Kanadaya viza Azərbaycan Respublikasının vətəndaşları üçün müraciət olunacaqsa, Türkiyə Cumhuriyyətinin, Ankara şəhərində yerləşən Kanada Səfirliyinə poçt vasitəsilə sənədlər göndərilir. Kanada Səfirliyinə göndərilən sənədlər original sənədlərin notarial təsdiqi formasında olmalıdır. Əgər Konsul ehtiyac görərsə, təsdiq olunmuş sənədin originalını görmək istəyə bilər. Turist vizaları üçün rüsum 75CAD (CAD-Kanada dolları) təşkil edir. Tələbə vizaları üçün bu rüsum 125CAD (CAD-Kanada dolları) təşkil edir.

Tələbə icazəsi (Kanadaya Tələbə Vizası)

Tələbə icazəsi almaq üçün əsasən aşağıdakı sənədlər tələb olunur:

  • Pasport (Viza müraciəti zamanı, pasportun etibarlılıq müddətinin bitməsinə ən azı 6 ay qalmalıdır.)
  • Pasport ölçüsündə şəkillər (4 ədəd yeni çəkilmiş arxa fon ag rəngdə biometrik ölçüdə şəkil)
  • Tam olaraq doldurulmuş Kanada viza ərizə formları
  • Şərtsiz qəbul məktubu
  • Ödəmələrin edilməsinə dair çeklər (tövsiyə olunur)
  • Təqaüdə dair məktub (varsa)
  • Təhsil müəssisəsi ilə bağlı müvafiq yazışmalar
  • Maliyyə sənədləri (bank hesabı məlumatları)
  • Akademik sənədlər
  • Test naticələri göstəricisi
  • İş təcrübəsi ilə bağlı sertifikatlar (varsa)
  • Tibbi arayış (tibbi müayinədən artıq keçilibsə)
  • Sığorta kartı (minimum 30.000 Euro dəyərində)

Qeyd: Kanada Ali Komissiyası sizin sənədlərinizi nəzərdən keçirməyə başladıqda, əlavə sənədlərə ehtiyac yarana bilər.