Home İspaniya Tələbə Vizası

 

Təhsil vizası xarici vətəndaşın İspaniyada kurs keçmək, təhsil almaq və ya tədqiqat aparmaq məqsədiylə iqamət etməsinə imkan verir.

İspaniyaya Tələbə Vizası üçün tələb olunan sənədlər:

  • Ən azı növbəti 9 ay ərzində qüvvədə olan pasport və surəti;
  • Şəxsiyyət vəsiqəsi;
  • Tam doldurulmuş və imzalanmış anket;
  • Pasport ölçüsündə — 3,3×4,5 formatında 2 (iki) ədəd ağ fonlu fotoşəkil;
  • Manatla ödənilmiş viza rüsumu ( 60 €);
  • Təyyarə biletlərinin (gediş — dönüş) surəti;
  • Yaşayacağınız yer barədə sənəd (əgər kirayə qalınacaqsa, müqavilə və ya evin sənədlərinin surəti). Yataqxana və ya ailə yanında yerləşəcəyiniz təqdirdə İspaniya səfirliyinə faksla göndərilmiş dəvət məktubu (qalınacaq yer və adres aydın göstərilməlidir);
  • Tibbi sığorta şəhadətnaməsi (Şengen ölkələri zonası üçün vacibdir);
  • İş yerindən, şirkət və ya təşkilatın rəsmi sənədində, tutduğu vəzifə, aylıq əmək haqqı (gəlir) və məzuniyyətin müddəti göstərilən arayış;
  • Maddi gəliri təsdiq edən bank sənədləri — bankda hesab olması haqqında arayış və hesabdan çıxarış;
  • Səfirliklər tərəfindən bu siyahıda göstərilməyən digər əlavə sənədlər də tələb edilə bilər.
  • Rəsmi olaraq tanınan Universitetdən qəbul olduğunuzi təsdiq edən sənəd, Universitetin ünvanı, dərslərin keçirildiyi müddət;
  • Daha əvvəl getmiş olduğunuz İspan dili kursunu təsdiq edən sənəd;
  • Sizi təmin edəcək ailə üzvünün iş yerindən arayış;
  • Mülkiyyət və ya uzun müddətli kirayə və ya icarə sənədi;