Home İngiltərə Tələbə Vizası

İngiltərədə tələbələr üçün iki fərqli kateqoriyada viza mövcuddur;

  • Qonaq Tələbə Vizası (Student Visitor Visa)

İngiltərədə 6 ay və ya maksimum 11 ay müddətli dil və ya peşə dil kursuna qatılmaq istəyənlərin müraciət edəcəyi viza növüdür. Tələbələrin bu viza  növünə müraciət etmələri üçün hər hansı bir dil səviyyəsinə sahib olmaları  zəruri deyil. Əgər namizədin İngilis dili  səviyyəsi çox aşağı və ya orta səviyyənin altındadırsa, məcburi olaraq bu viza növünə müraciət edəcəkdir. Dil səviyyəsindən asılı olmayaraq  2 həftədən 44 həftəyə qədər davam edən səfər  üçün bu vizaya müraciət edilə bilər. Tələbə ziyarətçi vizasının  müddəti bitdiyində, ölkəyə qayıtmaq zəruridir. İngiltərə daxilində vizanın uzadılması üçün təkrar müraciət etmək olmaz. Bu viza kateqoriyasına  yarı zamanlı iş icazəsi daxil deyil.

  • Ümumi Tələbə Vizası TİER 4 (TİER General Student)

Ümumi Tələbə Vizası TIER 4, yəni General Student Visa TIER 4, İngiltərədə bakalavr,magistratura,foundation, A level, PhD, dil təhsili kimi proqramlara qatılmaq istəyən şəxslərin müraciət etməsi zəruri olan viza kateqoriyasıdır. Bu vizaya müraciət edə bilmək üçün orta səviyyənin üzərində İngilis  dili bildiyinizi sübut etməyiniz lazımdır. Xüsusilə dil kursuna getmək istəyi olan şəxslər  bu kateqoriyada  viza almalıdırlar. Bu viza ilə universitet təhsili alacan tələbələrə,  həftədə 20 saat iş icazəsi verilir. Tier 4 vizası İngiltərədə olarkən istədiyiniz qədər uzadıla bilər.

 

İNGİLTƏRƏ VİZASI ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR
• Ən az 6 ay etibarlılığı və mövcud viza səhifələri olan pasport.
• Varsa köhnə pasaportunuz.
• İngiltərə Konsulluğu viza ərizə forması. Formanı aşağıdakı linkdən əldə edə bilərsiniz .
Bu forma məsləhətçilərinizin köməyi ilə hamısı İngilis dilində olmaq şərti ilə qara diyircəkli qələm ilə doldurulmalı və tərəfinizdən imzalanmalıdır.
•VAF1 FORMASI
• 2 ədəd yaxın zamanda çəkilmiş vəsiqəlik fotoşəkil. Foto arxası ağ zəmində
çəkilmiş olmalıdır və müraciət formasına yapıştırılmalıdır. Kompüterdə düzəldilən kopyalar qəbul edilmir.
• Mövcud pasaportunuzun 1-dən 4-ə qədər olan səhifələrinin fotokopyaları.
• Viza ödənişi
• Kursun qəbul formasının əsli və fotokopyası. Bunun içərisində olması lazım olan maddələr aşağıdakı kimidir;

a) Kursun qiyməti və ödənilməsi barədə çek,
b) Birləşmiş Krallıqda uyğun yaşayış imkanlarını göstərən sənədlər (əsli + fotokopyası) Məsələn sponsorunuzun ünvanını və göndərildiyi adamın adını göstərən elektrik, su fakturaları və s..
• Maddi vəziyyəti göstərən sənədlər (Valideynlərin / Hüquqi Valideyinin)
a) Maaş cədvəlləri və ya gəlirinizi göstən sənədlər (əsli + fotokopyaları)
b) Əgər iş sahibi isə, firmanın sənədləri: ən son vergi lövhəsi, şirkət imza Bəyannaməsi. (Əlaqədar bəndlərin İngiliscəyə tərcümə edilməsi zəruridir)
c) Bank hesabları və ya balansınızı göstərən bank sənədləri (əslləri + fotokopyaları).
Minimum son 2 aya aid hesab hərəkətləri. Xüsusilə bu məqsədlə bankınızdan
antetli kağızda hesabın hərəkətinin göstərilməsi tələb edilə bilər. Bank məktubunun İngilis dilində olması zəruridir. d) Ailənizin maddi vəziyyətini göstən sənədlər. Məsələn onların maaş cədvəlləri, bank hesabları (əslləri və fotokopyaları)
e) əmlak varsa, bunu sübut edən sənədlər. (Sənəd fotokopyaları, avtomobil sənədləri fotokopyası, səhm sənədi, vs. )
• Əgər uzun, davamlı universitet tələbəsi olaraq gedirsinizsə Birləşmiş Krallıqdakı universitetin şərtsiz qəbul məktubu (əsli + fotokopyası)
• Əgər Azərbaycanda tələbəsinizsə tələbə arayış sənədi, təhsil sənədləri və qiymət cədvəliniz.
• Məzun olanlar üçün aldığınız son diplom və ya ekvivalent sənəd və qiymət cədvəli.
• İngilis dili biliyinizi göstərən sənəd.
• Sponsorunuzdan (əgər varsa):
a) Sponsorunuz tərəfindən imzalanmış dəvət yazısı (əsli + fotokopyası) İngilis dilində olması zəruridir.
b) Yaşayış detallarınız və məbləği,
c) Həftədə neçə saat təhsil alacağınız,
d) Kursun başlanğıc və bitmə tarixləri,
• 18 yaşın altında ana-ata/valideyn ilə səyahət etməyən bütün uşaqlar yanlarında valideynləri / qanuni valideynləri tərəfindən uşaqlarının səyahət etmələrinə icazə verdiklərini təsdiq edən notariusdan təsdiq sənədi (əsli + fotokopisi) İngilis dilində olması zəruridir.
• Kişi müraciətçilər əsgərlik vəziyyətlərini bildirən sənəd gətirməlidirlər (surəti). İngilis dilində olması zəruridir.

Tələbə (Uzunmüddətli Şagirdlər) / Tələbə Namizədi vizası üçün Lazım olan Sənədlər

• Ən az 6 ay etibarlılığı və mövcud viza səhifələri olan pasport.
• İngiltərə Konsulluğu viza ərizə forması. Formanı aşağıdakı linkdən əldə edə bilərsiniz. Bu forma məsləhətçilərinizin köməyi ilə hamısı İngilis dilində olmalıdır və qara diyircəkli qələm ilə doldurulmalı və tərəfinizdən imzalanmalıdır.
– VAF 3 FORMASI
• 2 ədəd yaxın zamanda çəkilmiş vəsiqəlik fotoşəkil. Foto arxası ağ zəmində çəkilmiş olmalıdır və müraciət formasına yapışdırılmalıdır. Komputerdə düzəldilmiş kopyalar qəbul edilmir.

• Mövcud pasaportunuzun 1-dən 4-ə qədər olan səhifələr