Home Fransada Dil Kursları

Fransız dilinin xarici dil kimi tədris olunması üçün ixtisaslaşmış məktəb və kurslar Fransada çoxdur. Danışıq təcrübəsini təkmilləşdirmək üçün ölkənin demək olar ki, bütün iri şəhərlərində qısa müddətli kurslar tapmaq olar.

Dərsləri Fransızlar keçirlər. Təlimə kommunikativ üsul salınmışdır. Əsasən, dərslər formalaşmağa söykənir, danışıq dilində təcrübənin mükəmməlləşdirilməsi və inkişafına əsas diqqət isə qrammatika və tələffüzə sərf edilir. Uşaqlar üçün uyğunlaşdırılan xüsusi işlənmiş proqramlar da vardır. Tədrisə başlamazdan əvvəl, tələbələr bilik səviyyələrinin təyin olunması üçün testlərdən keçirlər.

Dilin öyrənilməsi adətən, fransız mədəniyyəti və adət – ənənələrinin bir sıra elementləri ilə əlaqələndirilir. Dərslərin xaricində, məktəblər Fransanın tarixinə, adətlərinə və müasir dövrünə həsr edilmiş mövzular üzərində müzakirələr və müxtəlif ekskursiyalar təşkil edirlər. Bir qayda olaraq, hər bir təhsil müəssisəsində sərbəst iş üçün xüsusi mərkəz, kitabxana, internetə qoşulan kompüterlər, audio və video kurslarla işləmək üçün avadanlıqlar vardır.

Aralıq dənizi sahil şəhəri Nis və ya daha gurultulu Parisdəki Fransız  dili kurslarımızda dil hədəflərinizi həyata keçirir. Belə bir mühitdə dil öyrənməyin necə asan olduğunu görəcəksiniz. Xaricdəki Fransız dili təhsiliniz müddətində Fransanı daha yaxından tanımaq və fəaliyyətlərini araşdırmaq üçün ətraf şəhərlərə təşkil edilən gəzintilərə qoşulma fürsətindən də yararlana bilərsiniz.