Home Fransaya Tələbə Vizası

QISA MÜDDƏTLİ ŞENGEN VİZASI – TƏHSİL

Sənədlər 2 nüsxədə təqdim olunmalıdır: birinci nüsxə sənədlərin əslindən, ikincisi isə A4 formatında surətindən ibarət olmalıdır. Əgər müəyyən bir səbəbə görə sizdə sənədin əsli yoxdursa, bu zaman hər iki nüsxədə həmin sənədin surətini təqdim etməlisiniz. Viza müraciəti xərci: 60 AZN (azərbaycan manatı ilə viza müraciəti edilən gün səfirliyin dəftərxanasındakı kursa əsasən ödənilir).

Viza üçün müraciət edən vətəndaş sənədləri təqdim edərkən şəxsən özü gəlməlidir.
Sənədlərin tam olması, viza verilməsinə təminat vermir. Bundan başqa, aşağıdakı siyahıda göstərilənlərdən əlavə sənədlərin təqdim olunması tələb edilə bilər.
Sənədlərin hamısı fransız və ya ingilis dilinə tərcümə edilməlidir.
Sənəd və ya surəti çatmasa sənədlər yarımçıq hesab edilir və viza verilmir.

2-ci  nüsxədə təqdim olunacaq sənədlərin siyahısı və düzülüşü aşağıdakı qayda üzrədir:
Sənədlərinizin tam olmasını yoxlamaq üçün təqdim etdiyiniz hər bir sənədin və onun surətinin olduğunu qeyd etdiyiniz siyahı:
1) 1 ədəd lazımı qaydada doldurulmuş, tarixi qoyulmuş və imzalanmış qısamüddətli viza müraciəti
blankı
2) Açıq fonda 3.5×4.5 formatda təzəliklə çəkilmiş 1 ədəd rəngli fotoşəkil (üzün ölçüsü çənənin
aşağısından başın ortasınadək 32 mm və 36 mm arasında olmalıdır)
3) – Son 10 ildə verilmiş və vizanın etibarlılıq müddəti bitəndən sonra ən azı 3 ay etibarlı olan, 2 ağ
səhifəsi olan pasportun ƏSLİ + SURƏTİ +son 3 ildə alınmış vizaların surəti.
– Şəxsiyyət vəsiqəsinin (azərbaycan) ƏSLİ və hər iki üzünün SURƏTİ
– Azərbaycanda yaşayan əcnəbilər üçün : Şengen məkanı tərk edillən tarixdən sonra 3 ay etibarlı olan
müvəqqəti yaşayış icazəsi (permis de séjour).
4) Gedişli/qayıdışlı təyyarə bileti sifarişinin ƏSLİ + SURƏTİ
Diqqət: Təyyarə biletləri yalnız viza verildikdən sonra alınır
5) Şengen məkanı üçün etibarlı olan, viza müddətini + 2 günü əhatə edən, repatriasiyanı nəzərdə tutan
tibbi sığorta, ƏSLİ + SURƏTİ. Onun məbləği 30 min avro olmalı və repatriasiya nəzərdə
tutulmalıdır.
6) Səfərin məqsədinə dair sənədin ƏSLİ + SURƏTİ
Universitetin və ya məktəbin və ya institutun aşağıdakı məlumatları əks etdirən məktubu :
– təhsil müəssisəsinin ünvanı və tam adı
– imza edənin familiyası və vəzifəsi
– tələbənin familiyası, milliyyəti və doğum tarixi
– səfərin məqsədi və müddəti
7) Yaşayış yeri haqqında arayışlar, ƏSLİ + SURƏTİ :
-Mehmanxanada yer sifarişi (müraciət edənin familiyasını və adını, doğum tarixini, pasportunun
nömrəsini və səfərin müddətini, mehmanxanın kordinatlarını, verilmə tarixini əks etdirən imzalanmış
arayış
– və ya viza müraciəti edənin universitet şəhərciyində yerləşdiriləcəyi barədə arayış.
8) Viza müraciəti edənin sosial vəziyyətini əks etdirən, Azərbaycandakı müəssisənin verdiyi sənədlərin
ƏSLİ + SURƏTİ.
9) Viza müraciəti edənin maddi vəziyyətini əks etdirən aşağıdakı sənədlərdən birinin ƏSLİ + SURƏTİ
– Son üç ay üçün bank hesabından çıxarış
– Bank hesabı olmasa maaş barəsində arayış
– Daşınmaz əmlak olmasını təsdiq edən sənəd
– Maddi imkanları olmayanlar üçün: xərcləri üzərinə götürən şəxsin notarial qaydada təsdiq
olunmuş məktubu və gəlir mənbəyi barədə arayışlar (iş yerindən arayış, bank hesabından
çıxarış)
– Daimi iş yeri olmayanlar üçün: müntəzəm gəlir barəsində hər hansı arayış
10) Azyaşlılar üçün aşağıdakı sənədlərin ƏSLİ + SURƏTİ
– Doğum şəhadətnaməsi (notarial qaydada təsdiqlənmiş, tarixi qoyulmuş sənədin surəti və
tərcüməsi)
– Azyaşlı tək və ya yalnız valideynlərindən biri ilə, və ya azyaşlı tək və ya qanuni
qəyyumlarından biri ilə səfər edirsə, valideynin və ya qanuni qəyyumun Şengen məkanına
azyaşlının səfəri barədə icazəsi (notarial qaydada təsdiqlənmiş, tarixi qoyulmuş sənədin
surəti və tərcüməsi)
– Əgər valideynin şəxsiyyəti uşağın doğum şəhadətnaməsindəki ilə eyni deyilsə, valideyn
azyaşlı ilə valideynlik əlaqəsini təsdiq edən əlavə sənədlər təqdim etməlidir.
11) Viza müraciəti edənin Şengen məkanı ölkələri ərazisini tərk etmək niyyətində olmasını təsdiq edən
aşağıdakı bir və ya bir neçə arayışın ƏSLİ + SURƏTİ :
– Azərbaycanda qohumluq əlaqələri və ya sosial vəziyyətini əks etdirən arayış
– Daimi gəliri barədə arayış (maaş bülleteni, təqaüd və.s)
– Mülkiyyət və ya uzun müddətli kirayə və ya icarə sənədi
– İşə götürənin viza müraciəti edənə işdən icazə verməsini və onun öz işinə qayıdacağını
bildirən məktubu (Müəssisənin blankı üzərində və məsul şəxsin əlaqə nömrələri ilə).
Müəssisə rəhbərinin özü üçün isə müəssisənin qeydə alınması və rüsumları-vergiləri ödəməsi
barədə sənədin surəti .