Home Avstraliyada Təhsil

Avstraliya ali məktəblərində qəbul imtahanı yoxdur. Universitetlərə qəbul orta məktəbi bitirməyə görə verilən sertifikatdakı (High School Certificate) buraxılış imtahanlarının nəticəsinə görə aparılır. Sertifikatın adı müxtəlif ştatlarda müxtəlif cür adlansa da , qəbul zamanı onlar eyni götürülür.

Avstraliyada 40 universitet və 350 kollec vardır. Orada avstraliyalılardan başqa 300 min də xarici tələbə təhsil alır. Avstraliya diplomları bütün dünyada tanınırlar.

Ölkə ali təhsil sistemi Britaniya təhsil sistemi üzərində qurulub və ona yüksək təhsil keyfiyyəti, tələbələrin müstəqilliyi və elmi tədqiqatlara yönəlilik xarakterikdir. Avstraliyada elmi tədqiqatlara hər il böyük məbləğdə dövlət vəsaiti ayrılır. Bir çox Avstraliya alimi Nobel mükafatına layiq görülmüşlər.

Ölkədən kənarda fəaliyyət göstərən ali məktəblər Dövlət təhsil, elm və tədris departamentinin nəzarəti altında fəaliyyət göstərir.

Bakalavr:

Tədris proqramının müddəti 3-4 il, tibb təhsili 6 ilə qədər. Avstraliyanın “böyük səkkizliyinə” (GO8) daxil olan universitetlər daha populyardır. Digər universitetlər də keyfiyyətli təhsilə zəmanət verirlər. Təhsil haqqı ilə 14-21 min Avstraliya dollarıdır.

Avstraliya universitetlərinə daxil olmaq üçün mütləq axırıncı iki ili ingilis dilli ölkələrdə təhsil almaq lazımdır. Əks halda universitet tərkibindəki kollecdə Certificate in Foundation Studies poqramı ilə xüsusi kurs keçmək lazımdır.

Digər tərəfdən öz ölkəsində universitetin bir-iki kursunu bitirən və azı 18 yaşı olan şəxs IELTS üzrə azı 6.5 ball toplayarsa birbaşa Avstraliya universitetlərinin müvafiq kursuna qəbul edilir. Tədris proqramı 1 il, təhsil haqqı 14-17 min Avstraliya dollarıdır.

Magistr:
Tədris proqramının müddəti 1-2 ildir. Təhsil haqqı ilə 20-30 min Avstraliya dollarıdır. Təhsil haqqı Böyük Britaniya və ABŞ-dakından xeyli aşağıdır. Digər ölkələrdə ali məktəbi bitirən şəxslər ali təhsil diplomunu təqdim etməli və IELTS üzrə azı 6.5 ball toplamalıdırlar. Bir çox hallarda MBA proqramı üzrə daxil omaq üçün rəhbər vəzifədə 3 il işləməsi tələb edilir. Əgıər təhsiliniz magistratura ixtisasından fərqlənirsə Diploma \ Certificate proqramı üzrə xüsusi kurs keçməsi tələb edilir.

Yaşayış:
Yaşayışa və yeməyə tələbələr aya təxminən 1000 Avstraliya dolları sərf edirlər. Tələbələr ya yataqxanada ya da kirayə evlərdə yaşayırlar. Avstraliya cinayətkarlığın az olduğu ölkələrdən sayılır.

Tələbəlr həftədə 20 saat hesabı ilə işləyə bilərlər. Avstraliyada iki ilə yaşayan tələbə ilyarımlıq iş vizası ala bilrə. 5 il yaşayan isə yaşayış vizası ala bilər.

Bakalavr və Magistratura təhsili üzrə əməkdaşlıq etdiyimiz universitetlər aşağıdakılardır:

  1. Macquarie University
  2. Canberra University
  3. La Trobe University
  4. Central Queensland University
  5. Curtin University
  6. Deakin University
  7. Edith Cowan University
  8. Griffith University
  9. University of South Australia
  10. University of Newcastle
  11. University of Western Australia
  12. University of Sydney
  13. Charles Sturt University