Home Avstraliya Tələbə Vizası

Avstraliyada təhsil ala bilmək üçün tələbə vizasına müraciət etmək lazımdır. Ancaq 3 aya qədər alınacaq təhsildə turist vizasına müraciət edilir.
Tələbə vizası üçün tələb olunan sənədlər:

  • Viza Müraciət forması;
  • Ən az 1 il etibarlı pasport;
  • 4 ədəd 45 mm X 35 mm ölçüsündə son 3 ay ərzində çəkilmiş ağ fonlu vəsiqəlik fotoşəkil;
  • Viza rüsumu (Avstraliya səfirliyi tərəfindən zaman-zaman yenilənir; hal-hazırda aktual viza rüsumu 350 $-dır);
  • Təhsil alacağınız təşkilatdan qəbul məktubu (acceptance letter);
  • Ən son təhsil aldığınız yerə aid məzuniyyət sənədi/diplom (hələ tələbə olanlar üçün, universitetdən arayış + transcript);
  • Almış olduğunuz İngilis dili sertifikatları (varsa);
  • Şəxsiyyət vəsiqəsi;
  • Nigah haqqında şəhadətnamə (varsa);
  • Hərbi bilet;
  • Xaricdəki təhsil və yaşam xərclərini qarşılaya biləcəyinizi göstərən sənədlər; (bank hesab arayışı, gəlir qaynaqlarını göstərən sənədlər, maaş haqqında arayış, icarə gəlirləri kimi);
  • Xərcləri qarşılayacaq şəxsin nizamlı gəliri olması mütləqdir;
  • Müraciət əsnasında istifadə ediləcək bütün sənədlər ORGİNAL və ya notarius təsdiqli fotosurət şəklində təqdim olunmalıdır;