Home Amerikada Təhsil

ABŞ dünyada ən çox siyasi, iqtisadi və elmi cəhətdən inkişaf etmiş ölkədir. Təhsil üçün ən çox seçilən ölkələrindəndir və təhsil səviyyəsi yüksəkdir. Bütün universitetləri Təhsil Nazirliyi tərəfindən tanınır. Universitetlərindən alınan diplom beynəlxalq diplomdur. Amerikan universitetlərinin hər hansı ixtisasında oxumaq üçün orta məktəb attestatınız kifayətdir.  Amerikada təhsil müddəti boyunca part-time işləmək icazəniz vardır.
Hər xarici tələbəyə məzuniyyətdən sonra əlavə 1 il işləmə və yaşamaq icazəsi verilir. Bunun sayəsində lider şirkətlərin birində işləmək imkanınız yaranır. Bakalavr 4 ildir,magistratura isə 1 vəya 2 ildir.

ABŞ universitetlərinə qəbul

Amerika universitetlərinə qəbul olmaq üçün abituriyent aşağıdakı sənədləri əldə etməlidir:

– ali məktəbdən verilmiş anketin doldurulması (application form) və sənədlərin baxılması üçün məbləğ (application fee);

– hər bir universitetin öz qəbul qaydaları, formaları var. Bu formaları universitetin saytından əldə etmək mümkündür. Həmin formaya mütləq çek əlavə olunur, məbləğ isə təhsil müəssisəsindən asılıdır;

– transkript (son üç ildə fənlərdən alınan qiymətlər) – attestat və ya diplomun surəti;

– transkript, adətən, cədvəl formasında olur, həmçinin attestat və diplom ingilis dilinə tərcümə olunmalıdır;

– 3 zəmanət məktubu (abituriyentin müəllimlərindən və ya elmi rəhbərlərindən), məktub transkript kimi ingilis dilinə tərcümə edilməli, notariusda təsdiq olunmalıdır;

– 1 və ya 2 səhifədən ibarət olan, tərcümeyi-halı xatırladan personal statement (esse). Müvafiq sənəddə aşağıdakı suallara cavablar vermək lazımdır: “Bu universitetdən mən nələr gözləyirəm?”, “Nə üçün xaricdə oxumaq istəyirəm?”. Həmçinin abituriyent ali məktəbin onu nə ilə cəlb etdiyini, universitetin məşhur professorlarının adlarını, tanınmış laboratoriyalarını qeyd etməlidir;

– imtahanın nəticələri – məktəb məzunları TOEFL və SAT-dən, ali məktəb məzunları isə TOEFL, GRE və ya GMAT-dan imtahan verməlidirlər. Test imtahanları ödənişli olur və qiymətlər 60-250 dollar arasında dəyişir. Əsas imtahanlar təhsil müəssisəsinin tələblərinə uyğun aparılır.

Qaydaya görə, ali məktəbdən verilmiş anketdə gələcək tələbə hər təhsil ili nə qədər məbləğ ödəyə biləcəyi haqqında məlumat verməlidir. Abituriyentin maliyyə durumu onların bank hesabında təsdiqlənməlidir. Bir çox ali məktəblər xarici tələbələrə maliyyə dəstəyi göstərir. Burada əsas rol abituriyentin akademik bacarığından, onun elmi və yaradıcı fəallığından asılıdır. Bundan başqa, xarici tələbələr üçün ABŞ hökuməti və müxtəlif fondlar tərəfindən maliyyələşən təqaüd proqramları və qrantlar mövcuddur.

Bakalavr dərəcəsini institutlarda, kolleclərdə, universitetlərdə tədris olunur.Təhsilin müddəti dörd ildir. Lakin daha intensiv çalışmaqla bu müddəti azaltmaq və yaxud da qiyabi şöbəyə daxil olmaqla uzatmaq da mümkündür.

Maqistr dərəcəsini iki illik kursu bitirəndən sonra almaq mümkündür.  Təhsil müddəti ixtisasdan, tələbənin hazırlıq səviyyəsindən, tədris proqramının strukturundan asılı olaraq  dəyişir.

Bakalavr dərəcəsi almış tələbələr, magistr pilləsini seçməklə öz təhsillərini davam etdirə bilərlər. Bu pillə adətən konkret sahə üzrə yüksək ixtisas verən iki illik dərəcədir. Tələbələr bəzən yaxın əlaqəli sahə üzrə bakalavr dərəcəsinə malik olduqları zaman maqistr dərəcəsi proqramına qəbul edilirlər. Lakin Azərbaycandan fərqli olaraq burada ixtisas seçimində sərbəstsiniz. Məsələn, humanitar sahəni bitirən bakalavr məzunu tamamilə dəqiq elmlər sahəsində təhsil ala bilərlər.

 Bakalavr və Magistratura təhsili üzrə əməkdaşlıq etdiyimiz universitetlər aşağıdakılardır:

  1. Long İsland Universiteti
  2. Widener Universiteti
  3. James Madison Universiteti
  4. Fairmont Özəl Məktəbləri
  5. Western Kentucky University
  6. University of Hartford
  7. California State University Northridge
  8. University of Massachusetts Boston
  9. University of Massachusetts Lowell
  10. University of Massachusetts Dartmouth
  11. Florida Institute of Technology
  12. University of New Hampshire
  13. University of New Haven
  14. University of Bridgeport
  15. University of Wisconsin-Stout
  16. Colorado State University Fort Collins
  17. Oregon State University
  18. University of South Florida
  19. La Salle University
  20. Arkansas State University
  21. California State University Northridge
  22. University of Hartford
  23. Northeastern University
  24. James Madison University
  25. Marshall University
  26. South Seattle Community College
  27. Seattle Central Community College
  28. Woodbury University
  29. Manhattan College
  30. New England College
  31. Western New England University
  32. St. Mary’s University of Minnesota