Home Almaniyaya Tələbə Vizası

Üç aydan az davam edən dil kursuna viza almaq üçün aşağıdakı sənədlər tələb olunur:

  • Vizanın bitdiyi vaxtdan sonra ən azı 3 ay etibarlı və ən azı 2 boş səhifəsi olan xarici pasport;
  • Şəkil olan səhifə (səh. 3-4) və əvvəlki Şengen vizaları, ştampları və qeydləri olan səhifələrin
  • surəti;
  • Şəxsiyyət vəsiqəsi (ön və arxa səhifələrin surəti);
  • Azərbaycan, alman və ya ingilis dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış 1 ədəd ərizə forması;
  • Ərizə formasının üzərinə yapışdırılmaqla 1 ədəd biometrik pasport şəkli (6 aydan köhnə
  • olmamalı);
  • Səfərin müddəti və bütün Şengen dövlətləri üçün etibarlı və sığorta ödənişinin maksimal həddi 30.000 avro və ya 50.000 ABŞ dolları olan səyahət sığortası və surəti;
  • 60 Avro viza rüsumu (6 yaşdan kiçik olan uşaqlar üçün ödənilmir);

18 yaşdan kiçik olan uşaqlar üçün:
18 yaşdan kiçik olan hər bir uşaq üçün valideynlər (yaxud qəyyum) tərəfindən imzalanmış ərizə forması verilməlidir. Xahiş edirik, nəzərə alasınız ki, hər yaşda olan uşaq sənədlərin qəbulunda şəxsən iştirak etməlidir!
Bu halda aşağıdakı sənədlər mütləq təqdim edilməlidir:

  • Viza şöbəsində uşağın viza üçün sənədlərinin təqdim edilməsində iştirak etməyən və onunla birgə səfər etməyən valideyn (yaxud qəyyum) tərəfindən uşağın Şengen dövlətlərinə səfərinə razılığını bildirən və notarius tərəfindən təsdiq edilmiş izahatın əsli, alman dilinə tərcüməsi və surəti;
  • Uşağın doğum haqqında şəhadətnaməsi: əsli və surəti