Home Uncategorized Skandinaviya ölkələrində Məktəblər

0 1994

STİMUL Education & Consulting şagirdlərə orta məktəb proqramlarını Skandinaviya ölkələrində – İsveç, Norveç, Danimarka və Finlandiyada təhsil almaq imkanı verir. “Ənənəvi” mübadilə programından uzaq bu proqramda iştirak edən şagirdlər, həqiqətən unikal ənənələri, dil və həyat tərzini yaşayacaq. Şimal qütbünə yaxın sahələrdə bir-birinə bu qədər yaxın yerləşməyinə baxmayaraq, Skandinaviya ölkələri bir-birindən çox fərqlənir. Buna baxmayaraq, Skandinaviya ölkələrini birləşdirən, başqa heç yerdə tapıla bilməyəcək təcrübə təklif etməyindədir.

Şimali Avropada Skandinaviya yarımadasında yerləşən İsveç Krallığı qərbdən Norveç, şimal-şərqdən Finlandiya və cənub-qərbdən Danimarka  ilə həmsərhəddir. Ölkə 1995-ci ildən Avropa Birliyinin üzvüdür.

Hamı üçün təhsil İsveç təhsil sisteminin əsas şüarıdır. Ölkədə hamı pulsuz, yüksək keyfiyyətli təhsil imkanlarından istifadə etmək hüququna malikdir.

Şimali Avropada yerləşən, konstitusiyalı monarxiya idarə üsuluna malik olan Danimarkada ibtidai təhsil müstəqil təhsil pilləsi deyil. İbtidai təhsilin daxil olduğu əsas təhsil pilləsi 9 və ya 10 il davam edir. Təhsil əsasən Danimarka dilində aparılır. Dövlət məktəbləri ilə yanaşı, ödənişli əsaslarla fəaliyyət göstərən özəl təhsil müəssisələri də mövcuddur.

Norveç Krallığında milli və irqi mənsubiyyətindən, cinsindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər təhsil almaq hüququ var. Ölkədə təhsil siyasətinin ana xəttini “hamı üçün təhsil” şüarı təşkil edir.

Finlandiyada təhsil sistemi tam şəkildə dövlət tərəfindən maliyyələşdirilir. Praktiki olaraq təhsil siyasəti dövlət və bələdiyyələr tərəfindən həyata keçirilir. Ancaq hər bir məktəb öz işini, təlim-tərbiyə prosesini müstəqil şəkildə planlaşdırmaq hüququna malikdir. Ölkədə tədris rəsmi dövlət dili kimi qəbul edilmiş fin və İsveç dillərində aparılır. Bundan başqa, tədris ancaq İsveç dilində olan məktəblər də fəaliyyət göstərir.

Programa müraciət edən şagirdlər yerli ailə yanında yerləşəcəklər. Yerli ailə, bütün xarici şagirdləri salamlayır və onlara Şimali Avropa mədəniyyətini, gündəlik həyat tərzini nemayiş etdirəcəkdir.

15-18 yaşlı şagirdlər bu proqramda iştirak edə bilərlər. Bütün tələbələr SLEP-test imtahanı verməlidirlər. Qəbul üçün minimum 50 bal tələb olunur.

Payız üçün Ərizələr 15 aprel və yaz üçün oktyabr ayının 1-inə qədər təqdim edilməlidir. Lakin ərizələrinizi daha erkən tarixdə göndərməyiniz məsləhətdir, çünki bəzən proses daha uzun davam edə bilər. Şagirdlər hansı ölkədə təhsil almaq istəyirlərsə, həmin ölkənin ərizə formasını doldurmalıdırlar.

Şagirdlər səhər və şam yeməyi ilə təmin olunur. Bütün tələbələr hava limanında qarşılanır.

 

Deadline: 1 Aprel

Daha ətraflı məlumat üçün:

Telefon: (+994 12) 497 75 37/39

Mobil: (+994 55) 261 41 68

Elektron poçt: info@stimul-az.com

SIMILAR ARTICLES

0 3046

2 2991

NO COMMENTS

Leave a Reply