0 2382

    Niyə Məhz Türkiyə?

    Son illərdə Türkiyədə Təhsil almaq istəyən tələbələrin sayı günbəgün artmaqdadır.  Azərbaycanlı tələbələri cəlb edən amillər isə çoxdur.

    Birinci amil:  Türkiyədə təhsilin yüksək inkişafı və bundan tələbələrin yararlana bilməsi.

    İkinci amil:  Dövlət Universitetlərində illik təhsil haqqının çox munasib olması

    Üçüncü amil:  Qonşu ölkə olması, yaşayış xərclərin az olması və Viza prosedurunun Azərbaycan vətəndaşları üçün asan olması

    Dördüncü amil: Təqaüd alma şansının olması

    Beşinci amil: Adət-ənənəmizin, mədəniyyət və incəsənətimizin və nəhayət dilimizin çox yaxın olması

    Bu vacib amilləri nəzərə alan tələbələrimiz Türkiyə Universitetlərində təhsil almaq istəyirlər.

     

    Türkiyə Universitetlərinə necə qəbul olmaq olar?  

    Türkiyə Universitetləri də bizim Universitetlər kimi Dövlət və Özəl olaraq 2 yerə bölünür. Türkiyə Universitetlərinin demək olarki hər birinin öz şərtləri var. Qəbul Attestat və ya transfer yolu ilə də mümkündür. Ümumiyyətlə, Bakalavr təhsili almaq üçün  SAT və ya YÖS imtahanlarından biri verilməlidir. Magistr təhsili üçün isə ALES  imtahanı tələb olunur. İngilis dilində təhsil almaq istəyirsizsə onda sizin minimum 6. İELTS nəticəniz olmalıdır.

     

    SIMILAR ARTICLES

    0 1858

    0 1027

    NO COMMENTS

    Leave a Reply